Elçin Alıoğlunun

“Qarabağda müşaribə başlayarsa…” – Rusiyadan ermənilərə xəbərdarlıq

“Ermənistanla müttəfiqlik və qardaşlıq münasibətləri ilə yanaşı, Azərbaycanla olan strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələri də bizim üçün həddən ziyadə vacibdimr, önəmlidir. Rusiya ATƏT-in Minsk Qrupunun həmsədridir. Dağlıq Qarabağ münaqişəsinin dinc danışıqlar vasitəsilə nizamlanması üçün bu format vasitəsiloə həm digər həmsədr ölkələrlə birlikdə, həm də əlahiddə addımlar atırıq. Belə mexanizmlər var, onlar işləyir”.

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin rəsmi İrəvanın son açıqlaması ilə rəsmi İrəvanın çox ümidlərini puç edib.

Səfirin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin çözülməsi ilə bağlı yekun qərarı Azərbaycan və Ermənistan verməlidir: “Rusiyanın roluna məntiqlə, balanslaşdırılmış şəkildə yanaşmaq gərəkdir. Rusiyanın rolu mühümdür. Lakin Rusiya tərəflərin qərarlarına təsir edə bilməz. Bununla yanaşı, münaqişənin nizamlanması ilə bağlı Vyana və Sankt-Peterburq anlaşmaları da aktiv müzakirə olunur”.

Rusiyanın Ermənistandakı səfirinin bu bəyanatı son dönəmdə Dağlıq Qarabağ münaqişəsi zonasında yaşanan hadisələri nəzərə alsaq, müstəsna əhəmiyyətə malikdir.

Xatırladaq ki, mayın 30-da Ermənistan atəşkəs barədə anlaşmanı kobul sürətldə pozaraq Azərbaycan ordusunun mövqelərini ciddi atəşə tutub.

Nəticədə iki hərbçimiz şəhid oldu – müxtəlif günlərdə və fərqli məkanlarda.

Ermənistan ilk əvvəl bütün bunları “Azərbaycanın atəşkəs rejimini kobud şəkildə pozmaqla münaqişə zonasında gərginliyi süni şəkildlə artırmaq cəhdləri” kimi qələmə verməyə çalışsa da, ssenari bəsit olduğundan gözlənilən reaksiyanı doğurmadı. Tam əksinə, İrəvandakı hakimiyyət Bakının ünvanına yönəlmiş ittihamlarla öz planlarını və məqsədlərini ortaya qoymuş oldu.

Ermənistanın müdafiə naziri David Tonoyan azərbaycanlı hərbçinin vurulmasında “iştirak etmiş” bir qrup ermənini mükafatlandırdı. Tonoyanın mətbuat katibi Arsrun Hovvanisyan isə Faceğook səhifəsində yazdı ki, baş nazir Nikol Paşinyan “cəbhə bölgəsinlə qətlə yetirilmiş erməni hərbçinin qisasının alınmasından razıdır”.

Beləcə, cəbhə bölgəsindəki  gərginliyin “müəllifi”nin məhz Ermənistan olduğunu elə ermənilər etiraf və sübut etdilər.

Dağlıq Qarabağdakı separatçı rejimlə münasibətləri kəskinləşən, bu rejimin rəhbəri Bako Saakyanla münasibətləri düşmənçilik həddinə çatan Nikol Paşinyan qarabağlı ermənilərin Ermənistan siyasətinə və ümumiyyətlə, daxili həyatına təsirlərini minimuma endirməyə çalışır.

Ermənistanın sabiq prezidentləri Robert Köçəryan və Serj Sarqsyanın təqiblərə məruz qalması, Köçəryanın həbs olunması, sonra da onu zaminə buraxan məşkəmənin hakimlərinin qeyri-rəsmi olaraq az qala “xalq düşmənləri” ela edilməsi – bütün bunlar sadəcə, Bako Saakyanla Xankəndidəki xuntanın sabiq rəhbəri Arkadi Qukasyanın İrəvandakı Nor Nork məhkəməsinə yollanaraq nümayişkanarə şəkildə R.Köçəryanı zaminə götürmələri ilə bağlı deyil.

Saakyan-Qukasyan dueti həmin olayı siyasi şouya çevirmiş və bununla da Ermənistanın baş nazirinə aşkar messic yollayaraq “Hələ zəifləməmişik, səni də devirə bilərik!” xəbərdardığı etmişdilər.

Paşinyansa daxildəki “əksinqilab hidrası”nın çoxsaylı başlarını kəsməyə çalışmaqla yanaşı, Dağlıq Qarabağ münaqişəsi müstəvisində Ermənistanın son dönəmlərdə məruz qaldığı geriləmələrlə məğlubiyyətləri dayandırmağa can atır.

O, yeni təkliflərlə çıxış edir. Təkliflərin biri və bəlkə də İrəvan üçün ən önəmlisi 2016-cı ildə əldə olunmuş razılaşmalar formatına qayıtmaqdır. Yəni Ermənistan “təklif” edir ki, cəbhə xəttindəki atışmaları, insidentləri araşdırmaq üçün təmas xəttində beynəlxalq müşahidəçilər qrupları yerləşdirilsin.

İlkğ baxışdan sülhyaratma mexanizminə cəhd təsiri bağışlayan bu təklif əslində Dağlıq Qarabağ münaqişəsini Azərbaycanla qarabağlı ermənilər arasındakı silahlı qarşıdurma müstəvisinə aparmaq, bununla da Dağlıq Qarabağdakı terrorçu rejimin “münaqişə tərəfi” statusunda tanınmasına nail olmaqdır.

Belədə ermənilərin fikrincə, təmas xətti də “Dağlıq Qarabağ-Azərbaycan sərhəddi” kimi tanına bilərdi.

Rusiyanın səfiri Sergey Kopırkin də Ermənistan rəhbərliyini belə absurd və idiot xəyallardan çəkinməyə çağırmaqla yanaşı, faktiki olaraq İrəvanın ünvanına ultimatum səsləndirib.

O, Moskvanın münaqişə tərəfləri qismində məhz Ermənistanla Azərbaycanı gördüyünü bir daha vurğulayıb.

Eyni zamanda Kopırkinin açıqlaması Vyana anlaşmalarının aktuallığını itirməsinə də işarədir. Çünki hələ üç sənə əvvəl, 2016-cı ildə Moskva və Bakı anlaşmışdılar ki, Ermənistan rəhbərliyi heç bir halda Vyanada əldə edilmiş razılaşmalardan danışıqlarda mövqeni müəyyənləşdirəcək prinsiplər və yaxud postulatlar qismində istifadə edə bilməz.

Nikol Paşinyan hakimiyyətə gətiriləndən sonra da Vyana anlaşmalarını unutmaq və əvəzində atəşkəslə bağlı Düşənbə razılaşmasına riayət etməklə razılaşmışdı.

Lakin indi Ermənistan yenidən Vyana anlaşmalarını gündəmə gətirir ki, bu da Rusiya ilə yanaşı, Minsk Qrupunda həmsədr ölkələr olan Fransa və ABŞ-ı da qıcıqlandırır.

Nikol Paşinyan həm də indiyədək dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinə görə Rusiya bilavasitə məsuliyyət daşıyır və bu münaqişəni dayandırmaq üçün Moskva bütün rıçaqlara malikdir.

Moskva isə S.Kopırkin vasitəsilə N.Paşinyana ciddi xəbərdarlıq edərək atəşkəslə bağlı Düşənbə və Vyana anlaşmalarına ermənilərin riayət etməyəcəkləri təqdirdə Rusiyanın müvəqqəti “müşahidəçilik” etməyə başlaya biləcəyinə işarə vurub.

Diplomatik dildən tərcümədə bu, belə səslənir: “Azərbaycan hərbi əməliyyatlara başlayarsa Rusiya işə qarışmayacaq, sadəcə, Ermənistan üçün bilavasitə və birbaşa təhlükə yaranarsa müdaxilə edəcək. Hərbi əməliyyatlar isə Dağlıq Qarabağ münaqişəsinin hansı istiqamətdə çözülə biləcəyini təxminləməyi asanlanlaşdırır. Ermənistan uduzacaq, bunu bilin”.

Rəsmi İrəvan bu gün Rusiya səfirinin açıqlamalarını “Moskvanın absolyut dərəcədə praqmat və məntiqi mövqeyi” adlandırıb.


Yəni Moskvanın xəbərdarlığı erməniləri xam xəyallardan ayıldıb .

Şərh əlavə et