Elçin Alıoğlunun

Mövqeyini satan indi nəyi satışa çıxarır?

“Anlamadım, Əli Kərimli bəyəm peyğəmbərdir, onu tənqid etmək olmaz? Bəlkə o, peyğəmbər olub, xəbərim yoxdur?! 4 minlik auditoriyası olan kanalda tənqiddən qorxan insanların “demokrat” ideyalarına tüpürmək belə istəmirəm. Onlar hətta söyüşləri belə, səhvlə yazan bisavad sürüdür. Onlar quracaqlar demokratik Azərbaycanı?! Bu adamların quracağı Azərbaycanı istəmirəm”

Azərbaycanın daxili siyasətində sanki məzarlığa çevrilmiş radikal müxalifətdə özlərini “lider” sayan uğursuzlar toplusu var.

Onlar hirsli, ambisiyalı, kinli və həqiqəti ən müxtəlif formalı yalanlardan ucuz tutanlardır.

Əllərinə kiçik imkan düşərsə, maskaları yırtılır, kim olduqları dərhal aşkarlanır. Çünki qalib insan zalım ola bilməz, bilmir də.

Məğlubiyyətə məhkum olanlar geriliklərinin qisasını almağa çalışırlar: fürsət düşən kimi. Belələri onlarla razı olmayanları edama sürükləməyi də bacarırlar və arzulayırlar da. Çünki edam kəndirinin nədən ibarət olduğunu yaxşı bilirlər.

Axı marionetkalar həmişə ipdən asılı olduqları üçün iplə davranışın da qaydalarına bələddirlər. Və onların ən böyük arzuları asıldıqları, onları idarə edən ipdən qurtulub indiyədək onların səhnədəki oyunlarına baxan tamaşaçıları kölə etmək, öz hallarına salmaqdır.

AXCP sədri Əli Kərimli də siyasətimizin “ölü can”larından biri, kənar güclərin əlində marionetdir.

Marionetlər həmişə canlıları marioent etməyi arzulayırlar.

“Əli Kərimli bəyəm peyğəmbərdir, onu tənqid etmək olmaz?”

ABŞ-da yaşayan jurnalist və bloqer, sabiq ANS ÇM radiostansiyasının keçmiş aparıcısı İsmayıl Cəlilovun dediyinə görə, AXCP sədri Əli Kərimlinin “trol dəstəsi”nin hücumuna məruz qalıb.

1990-cı illərdə Birləşmiş Ştatlara mühacirət etmiş İsmayıl Cəlilov aktiv jurnalistikaya qayıdandan sonra ilk dəfə onun YouTube kanalında Əli Kərimli tənqid olunmuşdu. Çox yumşaq, mədəni şəkildə.

“Peşəkar jurnalistəm və heç vaxt imkan vermərəm ki, efirimdə kiminsə ünvanına təhqir səslənsin. Lakin Əli Kərimli çox yumşaq şəkildə tənqid olunandan sonra sosial şəbəkələrdəki səhifələrim internet-trolların hücumlarına məruz qaldı. Onlar təhqiramiz şərhlər yazır, məni aşağılayırlar. Adi tənqidə şəxsiyyəti təhqir kampaniyası ilə cavab verən bu qrupa nə demək olar? Sən demə, AXCP trolları çox pis, tərbiyəsiz insanlardır. Əli Kərimlini dəfələrlə dəvət etsəm də, efirimə qatılmır”, – İ.Cəlilov deyib.

Onun sözlərinə görə, YouTube kanalının auditoriyası təxminən 4 min nəfər olduğundan sən demə, Ə.Kərimli bunu çox az sayır: “Əgər bu qədər az tamaşaçım varsa, Əli Kərimlinin tərəfdarları niyə kanalımdan bu qədər qorxurlar? Niyə səhərdən axşamadək onların tərbiyəsiz, mədəniyyətsiz şərhlərini silməklə məşğul olmalıyam. Əli Kərimli, sizə üz tuturam – tərəfdarlarınıza deyin ki, media nümayəndələrinə hücum etmək olmaz. Qorxuram – siz hakimiyyətə gəlsəniz, nə olacaq? Axı müxalifətdə olduğunuz halda tərəfdarlarınız jurnalistlərə hücum edir. Real hakimiyyəti əldə etsəniz, jurnalistlərin halı nə olar?! Azərbaycanın gələcəyinə baxışınız budurmu?! Sizi müstəqil jurnalistlərin dostu saymıram”.

İ.Cəlilovun fikrincə, Əli Kərimlinin tərəfdarları çobana ehtiyacı olan sürüdür.

“Anlamadım, Əli Kərimli bəyəm peyğəmbərdir, onu tənqid etmək olmaz? Bəlkə o, peyğəmbər olub, xəbərim yoxdur?! 4 minlik auditoriyası olan kanalda tənqiddən qorxan insanların “demokrat” ideyalarına tüpürmək belə istəmirəm. Onlar hətta söyüşləri belə, səhvlə yazan bisavad sürüdür.

Onlar quracaqlar demokratik Azərbaycanı?! Bu adamların quracağı Azərbaycanı istəmirəm”

Cəsarətsiz və tamahkar birisi

“-Əli Kərimov həm cəsarətsiz, həm də müstəqil qərar qəbul etmək gücündə olmayan, pula həddindən artıq sevgisi olan və siyasi maraqları naminə hər şeyə hazır olan birisidir. Onun bəlağətli çıxışlarına aldanan gənclər, sonradan onu bir az tanıyan kimi qaçırlar”.

Bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.

Bir müddət əvvəl millət vəkili Qüdrət Həsənquliyev müsahibəsində AXC sədri Əli Kərimlinin tələbə olarkən Qarabağa döyüşməyə getməsi ilə bağlı açıqlamasına toxunmuşdu.

“O, nəinki döyüşməyib, heç əlindəki silahla boş butulkaya da atəş açmayıb. Həmin vaxt biz BDU-da qərara aldıq ki, tələbələr Laçına özünü müdafiə dəstələrinə köməyə getsin. Həmin vaxt ciddi döyüşlər getmirdi, sadəcə kəndin kənarında müşahidə postlarında dayanmalı idik. Universitet rəhbərliyinin də təşkilatçılığı ilə iki qrup yaradılması barədə qərar qəbul olundu. Çox dərs buraxılmaması üçün qruplar növbə ilə bir-birini əvəz etməli idi. Birinci qrup gedəndən bir müddət sonra Əli Kərimli komsomol təşkilat katibi kimi rektor tərəfindən onlara baş çəkmək üçün göndərildi və o da gedib həmin şəkli çəkdirib qayıtdı. O, həmişə deyəndə ki, mən vuruşmağa getmişdim, mən dəhşətə gəlirəm.100-dən artıq adamın bildiyi bir hadisə haqqında utanmadan necə ağ yalan danışmaq olar?!”, – millət vəkili bildirmişdi.

Bir zamanlar Əli Kərimli ilə AXCP rəhbərliyind təmsil olunmuş Q.Həsənquliyevin sözlərinə görə, onun 20 Yanvar qırğınından sonra Rəhim Qazıyevlə, Nemət Pənahovla birlikdə üzvü olduğu Müdafiə Komitəsinin vəsiqəsinin sovet ordusunun mətbu orqanı olan “Krasnaya Zvezda” qəzetində necə çap olunmasını və nədən həbs edilməməsi maraqlıdır: “Universitetdə onun və Cəmil Həsənlinin Ayaz Mütəllibovun silahdaşı, BDU-nun rektoru Mirabbas Qasımovun sadiq adamları olmasını hamı bilirdi. Təsadüfü deyildi ki, Mirabbas Qasımov Əli Kərimlini BDU-nun komsomol təşkilatının katibi təyin etmişdi. İqtidarın tapşırığı ilə AXCP-ni parçalaması da heç kimə sirr deyil. Onun Qənimət Zahidovu İrana və Rusiyaya göndərməsi də hər kəsə bəlli olan faktdır. ABŞ-ın Milli Demokratiya İnstitunun taşırığı ilə 2003-cü ilin prezident seçkilərində Etibar Məmmədovu müdafiə etməsinə də bu yaxınlarda ən sadiq tərəfdarlarından biri Qorxmaz Əsgərov aydınlıq gətirdi. ABŞ səfirinin tapşırığı ilə Ki Uest (Key West) şəhərində Qarabağla bağlı danışıqlar zamanı elan olunmuş mitinqin təxirə salmasını da hamı bilir. Onu hamı tanıyır, heç kim etibar etmir və hər kəs bacardığı formada istifadə edir. Bunları ona görə söyləyirəm ki, bəzi gənclər ola bilsin onu yaxşı tanımır”.

Total əksəriyyəti siyasi reneqatlar, “demokratiya zombiləri”dir

AXCP sədri Əli Kərimlinin siyasi adekvatlıqdan çox uzaq, perspektivsiz, zəif və intriqan şəxs olduğunu dəfələrlə demişik. Hər dəfə də əvvəl özü, sonra tərəfdarları çılğınlaşır, iddiaların əsassız olduğunu sübut etməyə çalışır, Əlinin papağını Vəlinin başına qoyaraq papaqsız qaldıqlarının fərqinə varmayaraq az qala kafe-şantan məzhəkəsi yaradırlar.

Əli Kərimli sosial şəbəkələrdəki trol dəstəsi vasitəsilə hədəf seçdiyi istənilən adamın üzərinə virtual hücumlar, söyüş və təhqir kampaniyaları təşkil edir, bunu siyasi fəaliyyət sayır.

Əli Kərimlidə kin, küdurət və nifrət o həddə çatıb ki, sosiopat, yaxud manyak birisi Azərbaycan hakimiyyətini tənqid edərsə, mütləq onu dəstəkləyəcək.

Siyasi fyəaliyyət etikasının bütün hədlərini aşan, epatajın bütün çərçivələrini darmadağın edən AXCP sədri onun maraqlarına cavab verən, mənafelərini təmin edən istənilən adamı çox asanlıqla “mübariz”, “siyasi məhbus” elan etməyə həmişə hazırdır.

Sadalanan və hələ sadalamadığımız səbəblərdən Əli Kərimlinin ətrafında müstəqil, AXCP sədrinin volüntarist kursundan fərqli düşünən kimsə qalmayıb. Belə adamların hamısı ya partiyanı tərk edib, ya qovulub.

AXCP sədrinin yaxın ətrafındakıların total əksəriyyəti siyasi reneqatlar, “demokratiya zombiləri”dir.

Ə.Kərimlinin təmsil olunduğu hakimiyyətin ardıcıl səhvlərinin, naşılığının nəticəsi midi ki 1990-cı illərin əvvəllərində Azərbaycan ciddi problemlərlə üz-üzə qalmışdı. Ölkə daxilində anarxiya və xaos, vətəndaş qarşıdurması, özbaşına silahlı dəstələrin hökmranlığı, iqtisadiyyatın talan olunması, Ermənistanın təcavüzünə və torpaqlarıməzən işğalına baxmayaraq, ölkəmizə qarşı snaksiyaların tətbiq edilməsi məhz siyasətdən uzaq və mağara təfəkkürlü şəxslərin idarəçiliyinin acı nəticələri idi.

Əli Kərimli dövlət katibi postu tutduğundan sonra Dağlıq Qarbağa münaqişəsi ilə bağlı vahid konsepsiyanın hazırlanması da daxil olmaqla xarici siyasət sahəsi ona həvalə olunmuşdu. Amma başı daha mühüm işlərə – məsələn, “Moskva” və “Naxçıvan” mehmanxanalarının satışının tənzimlənməsinə qarşıan dövlət katibi öz fəaliyyəti ilə sübut etdi ki, onun şəxsi maraqları ən ümdə ümummilli problemizdən də üstündür.

1999-cu ildə Qarabağla bağlı birləşmiş müxalifətin keçirəcəyi mitinq də Əli Kərimlinin ABŞ səfirliyindən böyük miqdarda pul almasından sonra ləğv edilmişdi.

Əli Kərimli Brüsselə son səfəri zamanı iddia edib ki, Azərbaycanın indiki iqtidarıınn hakimiyyətdə qalması sülhə təhlükədir. Yalnız Ermənistanda və Azərbaycanda demokratik qüvvələrin hakimiyyətə gəlməsi problemin sülh yolu ilə həllini təmin edə bilər. Onun məntiqindən belə görünür ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanda yaşayan ermənilərin hüquqlarının pozulması nəticəsində başlayıb. Əli Kərimli hətta ən qatı erməni milliyyətçilərinin demədiyini də deyir, onlara öz iddialarını möhkəmləndirmək üçün əsas verir.

Əgər bu münaqişə hər iki ölkədə demokratiyanın bərqərar olması nəticəsində həll edilə bilərsə, onda Kərimli necə izah edə bilər ki, bu münaqişə onların “demokratik prezident” adlandırdıqları Əbülfəz Elçibəy və Qərbin hakimiyyətə gətirdiyi Levon Ter Petrosyanın  vaxtında pik həddə çatıb. O zaman onlar niyə problemi danışıqlar yolu ilə həll etməyiblər?!

Əli Kərimlinin absurd iddialarının əksinə olaraq, təcrübə göstərir ki, Qərb Ermənistanı təkcə Paşinyan hakimiyyətə gələndən sonra yox, həmişə dəstəkləyib. Qeyd edilən 907-ci düzəliş də Ə.Kərimlinin mənsub olduğu hakimiyyətin dövründə Azərbaycana tətbiq olunub.

Ermənistanda “məxməri inqilab” başlayan zaman Əli Kərimli israrla Azərbaycan hakimiyyətini Qarabağda müharibəyə başlamamağa çağırırdı. Amma Keşikçi Dağ məsələsində bizim hərbçiləri cəsarətsizlikdə ittiham etdi. Bu məntiqsizlik göstərir ki, Əli Kərimli fəaliyyətinin və iddialarının iki mənbəyi var: xarici  sifariş və şəxsi mənafe.

Əli Kərimlinin bütün siyasi bioqrafiyası Azərbaycan dövləti və xalqı ilə düşmənçilik üzərində qurulub. O, şəxi maraqlarını reallaşdırmaq üçün təmsil olunduğu hakimiyyətin laxladılmasından, ictimaiyyət arasında Elçibəyin gözdən salınmasından, onun ətrafının partiyadan uzaqlaşdırılmasından, gənclərin zombiləşdirilməsindən və digər bu kimi addımlardan çəkinməyib.

Yalvarışla beynəlxalq birlikdən Azərbaycana qarşı sərt mövqe istəyən, Ermənistanı “demokratik” adlandıran və beləliklə də onun cinayətlərinə bəraət qazandıran, sosial şəbəkələri hakimiyyətə qarşı mübarizə meydanına çevirməyə çalışan, ölkədə baş verən istənilən hadisəni təhrif edərək ictimai rəyi çaşdıran Əli Kərmili heç vaxt Azərbaycan dövlətinin və xalqının yanında olmayıb.

AXCP sədri Əli Kərimlinin hakimiyyətdə uzun müddətdən bəri “sıx bağları” və əlaqələri bardə dəfələrlə yazılıb, deyilib. Əgər “Yurd”un lideri o illərdə bilavasitə pullar alırdısa və məlumatlar ötürüb göstərişləri icra edirdisə, AXCP-nin rayon təşkilatlarının rəhbərləri arasında həmin dönəmdə sabiq Milli Təhlükəsizlik Nazirliyinə rəhbərlik etmiş Namiq Abbasovun göstərişi ilə yaradılmış agentura şəbəkəsində xeyli adam vardı.

54 yaşlı Əli Kərimli odioz adam olsa da, özünü qəhrəman siyasətçi, qətiyyətli şəxsiyyət, usanmaz mübariz və tam bir qəhrəman kimi qələmə verməyə çalışır.

Əfsuslar olsun və səd heyf ki, 11 aylıq hakimiyyətini qiyamçı polkovnikin qorxusundan qaçıb tərk edən siyasi qüvvənin indiki “lider”i bu adam, yəni Əli Kərimli 26 ildən bəri ölkəmizə yönəlmiş bütün təhdidlərə, təhlükələrə, hətta çox məkrli və çirkin strateji-taktiki ssenarilərə rəğmən, Azərbaycanı idarə edən hakimiyyətə yol göstərməyə çalışır.

Uçurumun dibindəki adamın göstərdiyi yolsa sadəcə, uçuruma aparan cığır ola bilər.

Ölkəsinə və millətinə az qala düşmən kəsilən, “Xalqım!” deyərək sosial şəbəkələrdə bloqerliyə partiya sədrliyindən tənəzzül etmiş bu adam çətin anlasın…

Elçin Alıoğlu
Milli.Az

Şərh əlavə et