Elçin Alıoğlunun

ABŞ Konqresi Ermənistanı işğalçı dövlət kimi tanıya bilər: ermənilər şokdadır

ABŞ tarixi boyunca Konqresdə ermənlərə qarşı ən sərt qətnamə layihəsi müzakirə olunur.

Bunu erməni siyasi şərhçi, İrəvandakı Amerika Tədqiqatları Mərkəzinin direktoru Suren Sarqsyan Facebook profilində yazıb. O, çox narahat olduğunu bəyan edib və Ermənistanı, habelə bütün dünya ermənilərini, xüsusilə də ABŞ-dakı erməni diaspor təşkilatlarını qətnaməyə qarşı “vahid düşərgədə çıxış etməyə” çağırıb.

Nə baş verir?

ABŞ Konqresinin Nümayəndələr Palatasının məhkəmə-ədliyyə komitəsi “Milli Müdafiə haqqında” qətnamə layihəsini müzakirə edir. Layihədə yazılıb: “… ABŞ-ın dövlət katibi müdafiə naziri ilə birlikdə Konqresin müvafiq strukturlarına Ukrayna, Gürcüstan, Moldova və Azərbaycandakı daxili köçkünlərin statusu ilə bağlı məruzə təqdim etməlidirlər.

Məruzədə bu səciyyələndirmələr yer almalıdır:

1. Xarici qüvvələr tərəfindən bu ölkələrin işğal olunmuş ərazilərindən 1991-ci ildən bəri zorla çıxarılmış Ukrayna, Gürcüstan, Moldova və Azərbaycan vətəndaşlarının sayı.

2. Xarici ölkələrin qoşunlarının işğal əməliyyatları zamanı qətlə yetirilmiş Ukrayna, Moldova, Gürcüstan və Azərbaycan vətəndaşlarının sayı”.

Qətnamə layihəsi faktiki olaraq Ukrayna, Azərbaycan, Moldova və Azərbaycan ərazilərinin bir qisminin “xarici qüvvə”lər tərəfindən işğalını təsdiqləməklə yanaşı, bu işğal zamanı yurd-yuvalarını tərk etmək məcburiyyətində qalmış insanları “daxili köçkün” statusu ilə yanaşı, işğal qurbanları statusunda tanıyır.

Bir qədər də sadə yazsam, qətnamə layihəsi indiki redaksiyada qəbul olunarsa, ABŞ Ermənistanı Azərbaycan ərazilərinin 20 faizini işğal etmiş dövlətlə yanaşı, Azərbaycan vətəndaşlarını işğal zamanı amansızlıqla qətlə yetirmiş ölkə kimi tanımalıdır.

Sənəd ABŞ Senatında səsə qoyulacaq. Senatda sənəd qəbul olunarsa, ABŞ işğalçı dövlət qismində tanımaq məcburiyyətində qalacağı Ermənistana bütün hərbi yardımları, habelə sonradan hərbi  məqsədlər üçün istifadə edilə biləcək texnika və avadanlıq satışını, təminatını və göndərişini dayandırmalıdır.

Bununla belə, ABŞ Konqresində ermənipərəst konqresmen Frenk Pallonenin “Milli müdafiə haqqında” qanuna əlavəsi qəbul olunub. Əlavəyə görə, ABŞ Müdafiə Nazirliyinin xarici ölkələrə yardım proqramlarının tam şəffaflığı təmin olunmalıdır.

Əlavəyə Nümayəndələr Palatasında qəbul edilmiş blok sənədlər paketi də var.

Həmin paket ABŞ-ın xarici ölkələrə göstərdiyi hərbi yardım proqramları ilə bağlı ABŞ Müdafiə Nazirliyinin Koneqresə hesabat verməsini tələb edir.

Əlavələr Senatda səsə qoyulmalıdır və təsdiqlənməlidir.

Ermənistan, habelə dünya ermənilərinin diaspor təşkilatları bu əlavələrdən sonra ABŞ-ın Azərbaycana hərbi-texniki yardımlarının dayanacağını vurğulasalar da, belə deyil. Çünki Vaşinqtonun sözügedən sahədə Bakıya yardımları ikitərəfli anlaşmalar və ya hansısa proqram əsasında yox, Dövlət Departamenti ilə Pentaqonun strateji fəaliyyətlə bağlı “yol xəritəsi” əsasında reallaşdırılır.

Şərh əlavə et