Elçin Alıoğlunun

Əli Kərimlinin 2 yeni planı var: parçalamaq, aldatmaq, yeni oyun oynamaq

Son günlərdə müxalifət düşərgəsində baş verən qalmaqallı hadisələr, o cümlədən xaricdə mühacir alveri cinayətlərində adı hallanan Müsavat Partiyasının ictimaiyyətin gözündə tam rüsvay olması Əli Kərimlinin xəyanətkar niyyətlərini həyata keçirməsi üçün əlverişli şərait yaradıb.

Siyasi fəaliyyəti boyu daim həmkarlarına və siyasi lideri Əbülfəz Elçibəyə xəyanət edən Əli Kərimli bu gün də fürsəti əldən vermək istəmir və yenə də xəyanət hesabına öz planlarını həyata keçirmək istəyir:

Satqınlıq Əli Kərimlinin xislətində var. O, öz planlarını həyata keçirmək üçün hər yola əl atar. Əli Kərimli vaxtilə 1992-93-cü illərdə öz siyasi həmkarlarını, o zamankı siyasi lideri Əbülfəz Elçibəyi satdığı kimi bu gün də öz ətrafını satmağa davam edir. Müsavat Partiyasının cəmiyyətdə rüsvay olması Əli Kərimlini xeyli həvəsləndirib və o, Müsavat Partiyasını nəzarətinə götürmək niyyətinə düşüb, bunun üçün isə Tofiq Yaqublunu ön plana çıxarır.

Göründüyü kimi, radikal müxalifət içindən parçalanır. Başqa vaxt demokratiyadan, azadlıqdan dəm vuran siyasi oyunbazlar fürsət düşən kimi bir-birinin ayağının altını qazır, bir-birinin arxasından iş çevirir. Bir daha aydın olur ki, onların məqsədi heç də xalq, millət, dövlətçilik deyil, onlar üçün heç bir dəyər yoxdur, öz çirkin məqsədlərinə çatmaq üçün milləti, dövləti, öz həmkarlarını satmağa hazırdırlar.

Bu baxımdan Əli Kərimli kimi satqından hər şey gözləmək olar. Çünki onun üçün heç bir dəyər yoxdur. Yalnız və yalnız ağalarının diqtəsi altında çalışır ki, ətrafında olan bütün insanları satsın və öz amalına çatsın. Belə insanlar, təbii ki, xalqımız tərəfindən tamamilə öz layiq olduqları yerə silinib atılıblar.

Bütün xalq bilir ki, Əli Kərimli həyatı boyu satqınlıqla, xəyanətkarlıqla məşğul olub. O, daim öz həmkarlarına, xalqa, siyasi lideri olan Əbülfəz Elçibəyə qarşı xəyanətkarlıq edib. Bu gün də öz ampluasındadır və xəyanətkarlıq missiyasını davam etdirir.

Müxalifət düşərgəsində baş verən hadisələr Əli Kərimlinin satqınlıq və xəyanətkarlıq missiyası üçün əlverişli şərait yaradıb. Belə ki, Müsavat Partiyasının “miqrant alveri” ilə rüsvay olması, eyni zamanda Oqtay Gülalıyevin ağır vəziyyətə düşməsi Əli Kərimlini xeyli həvəsləndirib. O, yenə də xəyanətkarlıq missiyasını həyata keçirərək boşalan pozisiyaları ələ keçirməyə çalışır. Belə ki, Əli Kərimli Tofiq Yaqublunu önə çəkərək əvvəlcə Oqtay Gülalıyevin “hüquq müdafisəçisi” pozisiyasını, gələcəkdə isə Müsavat başqanlığını mənimsəmək istəyir. Əli Kərimli bu kimi pozisiyaların “ovçu”sudur. O istəyir ki, Arif Hacılını və İsa Qəmbəri də sıradan çıxararaq müxalfət düşərgəsində öz nəzarətini genişləndirsin.

Yəni Əli Kərimli başqa vaxt həmkar dediyi adamların arxasından iş çevirir, hətta Oqtay Gülalıyevin ağır vəziyyətdə olması onu zərrə qədər də geri çəkindirmir. Göründüyü kimi, Əli Kərimli üçün heç bir dəyər yoxdur, onun məqsədi, amalı yalnız xəyanət yolu ilə öz çirkin planlarını həyata keçirməkdir.

Belə bir adamın hakimiyyət iddiasında olması xalqın fəlakəti deməkdir. Əslində, Əli Kərimlinin bu hərəkətlərində təəcüblü bir şey yoxdur. Əli Kərimli öz ampluasında hərəkət edir. Buna başqa ad vermək olmaz. O, xəyanətkarlığın, xalqa qarşı düşmənçiliyin bariz nümunəsidir. O, öz xəyanətkarlığını bir mikrob kimi yaymağa çalışır. Əli Kərimlinin iç üzü çoxdan ifşa olunub, o, əlinə düşən fürsətdən yararlanaraq dağıdıcı fəaliyyətini həyata keçirməkdə mahir bir oyunçudur.

Tarix – istər uzaq olsun, istərsə də yaxın – təkcə səlnaməçilərin keçilən yol kimi yaddaşa köçürmələri üçün gərəkli olan zaman kəsiyi deyil, həm də nəticə cıxarmaq üçün ən önəmli vasitədir.

Bu baxımdan, ötən əsrin 90-cı illərində baş verən hadisələrin, ölkəni xaosa, qarşıdurmaya sürükləyən, parçalanma təhlükəsi qarşısında qoyan təcrübəsiz, bacarıqsız, fitrətdən siyasət və idarəetmə sahəsində istedadı olmayan insanların buraxdığı səhvlərin təhlil olunması həm də ona görə vacibdir ki, oxşar hadisələr bir daha təkrarlanmasın, ölkəmiz, dövlətimiz nəticələrinin aradan qaldırılmasına uzun illər lazım olan təhlükələrlə qarşı-qarşıya qalmasın.

“AXC-Müsavat hakimiyyəti” adlandırılan əksəriyyəti uğursuz adamlardan təşkil olunmuş hakimiyyət, ilk növbədə, Azərbaycan xalqına, xalq hərəkatına, həmvətənlərimizin təmiz, saf vətənpərvərlik hisslərinə xəyanət ediblər.

Azərbaycan Prezidentinin Sumqayıt şəhərinin 70-ci ildönümünə həsr olunmuş tədbirdə yaxın tariximizdə baş verən hadisələri ardıcıllıqla xatırlatması, qənaətimə görə, keçdikləri yolu, buraxdıqları səhvləri, etdikləri xəyanətləri unutdurmağa çalışan radikal müxalifət təmsilçilərinin gerçək simalarının, kimliklərinin bir daha gün işığına çıxarılması ilə yanaşı, həm də uğursuz idarəçiliyin, özbaşınalığın hansı nəticələrə gətirib çıxara biləcəyinin vurğulanması baxımından mühüm əhəmiyyət kəsb edir.

Təcrübəsiz, bacarıqsız, şüarçılıqdan başqa heç bir şey bacarmayan, aşağı intellektli və mədəniyyətli insanların hakimiyyətə sahiblənməsi terror qədər təhlükəlidir. Çünki yaradıcılıq potensialına malik deyil, yalnız dağıtmağı bacarır. Mən həmin dövrün bütün çətinliklərini çiyinlərində daşıyan milyonlarla Azərbaycan vətəndaşından biri kimi məsuliyyətsizliyin, bacarıqsızlığın, cəsarətsizliyin, təcrübəsizliyin hansı nəticələrə gətirib çıxara biləcəyini yaxşı başa düşürəm.

“AXC-Müsavat hakimiyyəti” adlandırılan o zamankı hakimiyyət, ilk növbədə, Azərbaycan xalqına, xalq hərəkatına, həmvətənlərimizin təmiz, saf vətənpərvərlik hisslərinə xəyanət ediblər. Dəniz dalğalananda, ilk növbədə, suyun təkindəki tör-töküntünü üzə çıxarır. Təəssüf ki, bu təbiət hadisəsi 1989-1993-cü illərdə özünü ölkəmizin siyasi həyatında büruzə verdi. Tör-töküntülər üzə çıxdılar, Azərbaycan xalqının ölkəmizin ərazi bütövlüyü və istiqlalı uğrunda mübarizəsini, milli hisslərini istismar etdilər. Həmin dövr məşhur rus dramaturqu Leonid Andreyevin “Anafema” əsərini xatırladır. Əsərdə vəkil cildinə girmiş şeytan tərəfindən aldadılaraq “peyğəmbər”, “xilaskar” olduğuna inanan, zəif, iradəsiz, səriştəsiz adamların ümumiləşdirilmiş obrazı olan David adlı şəxsin yüzminlərlə insanı necə uçuruma apardığından bəhs edilir. Azərbaycan da həmin dövrdə uçurumun bir addımlığında idi. Əgər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı olmasaydı, bu gün bəlkə də Azərbaycan adlı dövlətin mövcudluğundan söhbət gedə bilməzdi.

Bəzən öz bəsit məntiqləri ilə həmin dövrdə hakimiyyətdə olmuş şəxslər, o cümlədən Əli Kərimli, İsa Qəmbər, Rəhim Qazıyev və digərləri qısa bir müddətdə ölkəyə rəhbərlik etdiklərini misal gətirərək, törətdikləri əməllərin məsuliyyətindən yayınmağa çalışırlar. Amma bu adamlar anlamaq istəmirlər ki, əslində 1 il dağıtmaq, parçalamaq üçün olduqca böyük bir zaman kəsiyidir. Qurmağa, yaratmağa illər lazım gəlir. İŞİD bəşəriyyətin nadir mədəniyyət incilərindən olan Palmira abidələrini bir göz qırpımında yerlə bir etdi. Halbuki, bu abidələrin qorunub-saxlanılmasına minillərlə vaxt lazım gəlmişdi.

Təəssüf ki, biz 1993-cü ildən sonra 1 illik hakimiyyətin istər daxili, istər xarici siyasətdə törətdikləri fəsadların aradan qaldırılmasına xeyli müddət sərf etdik. Bu baxımdan 1992-93-cü illərdə baş verənlərə görə məsuliyyət daşıyanlar Azərbaycan xalqından üzr istəməli və siyasi arenanı həmişəlik tərk etməlidirlər.

Şərh əlavə et