Elçin Alıoğlunun

Xalqdan danışan xalqsızlar: o yanda oynayın, lütfən…

“50 ildir biz də bunları deyirik. Sərt, açıq, aşkar şəkildə. 26 ildir bu hakimiyyətə qarşı mübarizə aparırıq. İndi də biz deyəni deyirlər”. Bunu özünü “demokrat” və “xalqı düşünən siyasətçi hesab edən Nurəddin Məmmədli deyir. Siyasi perspektivləri sıfır, siyasətdə peşəkarlığı və ən başlıcası, bilikləri də elə həmin səviyyədə olan insan “xalqa xitab” məcrasında xalqın adından danışmağa çalışır. Xalq isə onu tanımır, qəbul etmir. 26 ildir belə olub, belədir və N.Məmmədlini pərişan etsəm də, belədir.

AXCP sədri, həm də bloqer Əli Kərimlinin guya “sağ əli”, de-yure olaraq AXCP Ali Məclisinin sədri və sədrin müavini olan N.Məmmədli Facebook-da aktiv adam deyil.

Heç zaman aktiv olmadığı siyasətdəki kimi. Lakin bu günlərdə o, “spiç”lə çıxış edib və bildirib ki, sən demə, bıçaq sümüyə dirənib, xalq üsyan həddindədir, bu səbəbdən də hakimiyyətdə olanların hamısı nə qədər gec deyil, xalqın tərəfinə keçsinlər, yoxsa gec olacaq, bla-bla…

Onillərdən bəri təkrarlanan, əsla dəyişməyən sözlər, şüarçılıq, marazm həddinə endirilmiş siyasi mübarizənin ən bəsit, primitiv və eybəcər formatında bəyanatçılıq.

Nurəddin Məmmədlinin siyasi fəaliyyəti, onun çıxışları, bəyanatları, müsahibələri barədə təhlilin sonuclarını ortaya qoymaq istərdim. Lakin saçlarını müxalifət yataqxanasında ağardan, saçları ağardıqca da əhvalı qaralan zatı heç zaman ciddi siyasətçi saymamışam. İstəsəm də, alınmayıb.

O, daim kölgədə qalıb, danışanda da hərcai, mənasız sözlər toplusundan ibarət fikirlərini çatdırmağa çalışıb. Ali təhsillidir, lakin siyasət təhsilində bisavad, siyasi mübarizədə isə nəinki ali, heç texniki lisey səviyyəsində də deyil əfsuslar olsun.

Və səd heyf ki, son onillər Əli Kərimlinin kölgəsində daldalanaraq siyasi zökəmə tutulmuş bu adam indi xalqın adından danışır. Əslində, həmişə olduğu kimi.

Gerçəklik duyğusunu çoxdan itirmiş Nurəddin Məmmədlini bloqer və trolbaşı Əli Kərimlinin “mürid”lərindən, bu adamlar barədə məlumat vermək məcburiyyətinə peşələrindən savayı məruz qalan jurnalistlər, polislər və bir də sosial təminat şöbəsinin əməkdaşlarından savayı, kim tanıyır? Qohumları, tanışları, qonşuları. Hə, bir də Avropa ölkələrinə mhacirətə yollanarkən satın aldığı AXCP üzvlüyü vəsiqəsini mitinqlərdə çəkdiyi və çəkdirdiyi fotolarına əlavə edən saxtakarlardan savayı.

Vəssalam. Nurəddin Məmmədli çıxsın əyalətlərə, orada AXCP şöbələrindəki şəxslər xaric, qeyri kəslərlə görüşsün və soruşsun ki, haşa, onu tanıyırlarmı? Amma bir şərtlə – cavablardan pəjmürdə qalmasın. Çünki Azərbaycanda Nurəddin Məmmədli adlı siyasətçi heç zaman olmayıb və yoxdur.

Onun yaşını nəzərə alsaq, bundan sonra da olmayacaq.

Və bu adam gerçəklik duyğusundan illər əvvəl məhrum olduğunu bir daha sübut edərək Facebook-da yazır ki, bəs ay millət, ayılın, baxın, hakimiyyət dağılır, iqtidar son günlərini yaşayır, biz hakimiyyətə gələcəyik, nə qədər gec deyil, qoşulun bizə. Daha sonra Siyavuş Novruzovun son açıqlamalarını əlində bayraq kimi virtual şəkildə yelləyərək məmurlara hədə-qorxu gəlir ki, əgər onlara qatılmasalar, hakimiyyətə qarşı çıxmasalar, pis olacaq.

Bu hallüsinasiya, psixikadakı fəsadlar, reallığın adekvat anlaşılmaması, gerçəkliyin olduğu kimi dərk edilməməsi deyilsə, bəs nədir?!

Ən müxtəlif fobiyalar və komplekslərə düçar olmuş radikal müxalifətin deqradasiyaya uğramış təfəkkür daşıyıcılarından olan Nurəddin Məmmədli kimə xitab edir?

Onun mənsub olduğu partiyanın hakimiyyətdə olarkən hakimiyyətsizliyin, siyasi bivecliyin, bacarıqsızlığın, vətəni məhv olmaq təhlükəsi qarşısına qoymasının, sonra da bir polkovnikin silahlı dəstələri qarşısında dabanlarına tüpürüb qaçmalarının şahidi olmuş insanlara?

26 ildən bəri aramsız olaraq “Az qalıb, biz gəlirik!” tipli sarsaq şüarlarla aşkar yalan söyləyib nəyəsə nail olmağa çalışdıqlarını, amma heç nə edə bilmədiklərini görən insanlara?

AXCP sədri, boşboğazlığı həyat tərzinə çevirmiş Əli Kərimlinin ötən iki prezident, habelə parlament və bələdiyyə seçkilərində “İqtidara gəlirik!”, “Bizik nicat yolunuz!” hayqırmasından sonra hakimiyyətlə gizli sövdələşmələrə gedib payını almasını və ona inanan sadəlövhləri sürəkli aldatmasını görənlərə?

Ayıbdır, bəylər. Əli Kərimlinin “yavər”inə çevrilən, yaşının bu çağında yalan danışmağa vadar edilən Nurəddin Məmmədli yaxşı insan, yaxşı ailə başçısı, baba və s. ola bilər. Amma o nəinki yaxşı, heç ortabab həddən də aşağıdakı siyasətçi deyil.

Olmayıb heç zaman.

Bu acı reallığı qəbul etsin artıq sinninin bu çağında və özünü belə marazmatik açıqlamalarla daha da rüsvay etməsin, lütfən.

Əli Kərimlinin, onun yaxın ətrafının və xarici ölkələrdəki “söyüş dəstəsi”nin əxlaqsız, məişət müxalifətçiliyinin virtual aləmdə qurduqları virtual siyasi mübarizə meydanına yeni qurbanları atmayın, Nurəddin Məmmədli.

Ağ saçlarınıza, yaşınıza, “AXCP Ali Məclisinin sədri” kimi gurultulu ünvanınıza aldana biləcək gənclər ola bilər. O gəncləri həbslərə, zillətlərə, mühacirətə, yalanlara düçar etməyin.

Bu yaşda yalan danışmaq yaxşı iş deyiil, Nurəddin Məmmədli.

“Ağsaqqal” ifadəsi sizə tanışdırmı?

Xalqın dəstəyi sosial şəbəkələrdə trol sürülürinin “like” və şərh ifrazatı deyil.

Siyasət 26 illik uğursuzluq, bacarıqsızlıq, ən pisi isə guya mübarizə apardığınız hakimiyyətin məmurları ilə sövdələşib onlardan pul almaq, tərəfdaşlarınızı satmaq, müttəfiqlərinizə xəyanət etmək deyil.

Siyasi mübarizə söyüş, suçlama, yarlıq yapışdırma, trol sürülərini “hədəf” seçilənlərin üstünə qısqırtmaq deyil.

Və ən nəhayət, siyasət Əli Kərimli və “Milli Şura” adlı bədbəxtçilik marionetizminin sədri Cəmil Həsənlinin yanında durmaq üçün tribunaya dırmaşmaq, orada da Əli Kərimlinin “başla!” təbəssündən sonra mikrafona sözlər ünvanlamaq heç deyil.

Çox gec olsa da, anlayın artıq: xalq nə sizlərə inanır, nə sizlərin arxasınca gedəndir, nə də üsyan və ya qiyamı düşünür.

Xalq, yəni vətəndaşlarımız ölkəni, gələcəyi, dövləti, özlərini və hamımızı düşünür.

Normal dövlətlərdə belə olur və bizdə də belədir.

Sizlər – yəni özüyeriyən karikaturalar -isə hələ 50 il də “Biz gəlirik!” deyəcəksiniz.

Çünki nə siyasətdən xəbəriniz var, nə siyasi mübarizə apara bilmirsiniz, nə də siyasətçi kimi formalaşmayıbsınız.

Daha sadə desəm, yaşa rəğmən, siyasi əmgəyiniz hələ bərkiməyib.

Möhkəm olun, bu acı həqiqətlə barışmağa çalışın, “bəy”lər…

Şərh əlavə et