Elçin Alıoğlunun

Məşhur karikaturaçıdan Bakıya dəstək: Kloppa tərs sillə

Dünyanın ən məşhur futbol karikaturaçısı sayılan Ömər Momani “Liverpul”un baş məşqçisi Yurgen Kloppun Bakı ilə bağlı söylədiklərinə karikaturası ilə cavab verib.

Milli.Az bildirir ki, Momani məşhur məşqçinin “Bilmirəm bu qərarı qəbul edənlər səhər yeməyinə nə yeyirlər” sözlərini lağa qoyub.

Momaninin karikaturasında Bakıda səhər yeməyi yeyən “Çelsi” və “Arsenal” ulduzları əks olunub.

Momani Facebook səhifəsində karikaturanı paylaşaraq yazıb: “Bizə qatılın, cənab Klopp! Azərbaycanda səhər yeməyi insanları birləşdirir və hamını bəxtəvər edir. Bunun dadına baxmaq gərəkdir!”

Xatırladaq ki, “Liverpul” klubunun baş məşqçisi Yürgen Klopp UEFA Avropa Liqasının finalının Bakıda keçirməsinə narazılıq etmişdi.

Baş məşqçi müsahibəsində qeyd edib ki, Avropa Liqasının finalını Bakıda keçirmək gülüncdür.

https://www.facebook.com/Omar.Momani.Cartoons/posts/1266148910216619

“Bilmirəm bu qərarı qəbul edənlər səhər yeməyinə nə yeyirlər. Ötən il biz Kiyevə getmişdik. Bəli, çox gözəl şəhər idi, lakin çətin ki, finalda Rusiya və ya ora yaxın bir yerdən hansısa komanda oynasın.  Bakıya qaldıqda isə, mən heç ora necə getmək lazım olduğunu bilmirəm. Mütəmadi reyslər varmı? Qərarı daha əsaslı fikirləşərək qəbul etmək olardı”, – Klopp deyib.

Şərh əlavə et