Elçin Alıoğlunun

Azərbaycanın misilsiz beynəlxalq təşəbbüsü: pandemiyaya və dünyada bərabərsizliyə qarşı

“Azərbaycan modeli” ifadəsi çox işlənir son vaxtlar. Hətta klişeyə çevrilir. Amma gerçək odur ki, Azərbaycan indiki, koronavirus pandemiyasının dünyanı ən ağır sınaqlardan birinə çəkdiyi dövrdə ölkəmiz presedentlər yaradıb.

Ölkəmiz hazırda var olan və bundan sonra yaşana biləcək çağırışlar önündə böyük dövlətlərlə beynəlxalq təşkilatları və dövlətlərarası alyansları ətrafında birləşən kiçik dövlətdir.

Bu, danılması mümkünsüz fakt, təqdir olunası və artıq edilən reallıq, siyasi kursdur.

Prezident İlham Əliyevin koronavirus pandemiyasının ölkədə geniş yayılmasının önlənməsi istiqamətində qəbul etdiyi qərarlara və yürütdüyü siyasətin əsas istiqamətlərinə nəzər salaq.

– Azərbaycan prezidenti dünya miqyasında insanların təhlükəsizliyinin təminatı və sağlamlığının qorunması üçün Ümumdünya Səhiyyə Təşkilatına iki dəfə maliyyə dəstəyi göstərib

– Türk Şurasının fövqəladə zirvə toplantısını çağırdı, koronavirus pandemiyası ilə mübarizədə səylərin birləşdirilməsi ilə bağlı ilk dövlət başçılarından oldu ki, dünya dövlətlərinə çağırış etdi.

– Məhz Azərbaycan prezidenti bəyan etdi ki, dünya dövlətləri təşvişə qapılmamalı, qapanmamalı, bir-birlərinə maksimal dəstək və köməyi etməlidir. 

– Qoşulmama Hərəkatı çərçivəsində koronavirusla mübarizə üzrə kontakt qrupu yaratdı. Qrupda Asiya, Avropa, Afrika və Latın Amerikası ölkələri var.

– Qoşulmama Hərəkatının Təmas Qrupunun Sammitini çağıraraq, “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirdi, prosesə BMT və ÜST-ü də cəlb etdi.

– Qoşulmama Hərəkatı və Avropa Birliyinin iştirakı ilə inteqrasiya olunmuş diplomatik platforma yaratdı.

– Qoşulmama Hərəkatının beynəlxalq arenada imicinin və rolunun artırılması, mövqelərinin möhkəmləndirilməsi üçnü səylərini artırdı. 

– Qoşulmama Hərəkatına daxil olan ölkələrin problemlərinin həllinə BMT və ÜTS-ü cəlb etdi.

Bir qədər də kokret olub, təfərrüatlara varsaq, görülən işlər belədir:

– Dünya birliyinin məsuliyyətli və etibarlı üzvü kimi Azərbaycan koronovirus təhlükəsinin ilk günlərindən etibarən qlobal həmrəylik çağırışlarına dəstək verib. 

– Koronavirusa qarşı qlobal mübarizəyə dəstək olaraq Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon dollar həcmində könüllü maliyyə yardımı ayrılıb. 

– Qoşulmama Hərəkatının yaradılacaq İşçi Qrupu üzv ölkələrin pandemiya ilə bağlı humanitar və tibbi ehtiyaclarını vahid məlumat bazasına daxil edəcək. Həmin məlumatlar mümkün yardımların göstərilməsi üçün donor ölkələrə, beynəlxalq humanitar təşkilatlara təqdim ediləcək. 

– Pandemiyaya qarşı mübarizədə ən çox yardıma ehtiyacı olan Qoşulmama Hərəkatı üzv dövlətlərini dəstəkləmək üçün Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına əlavə olaraq 5 milyon dollar ianə ayırır. Bu vəsait Azərbaycanla razılaşdırmaqla ən çox yardıma ehtiyacı olan Afrika, Asiya və Latın Amerikası regional qruplarından olan üzv ölkələr üçün nəzərdə tutulur. 

– Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus tərəfindən mart ayının 23-də Prezidentimizə ünvanladığı məktubda Azərbaycanda görülmüş işlərə yüksək qiymət verilib. Azərbaycan pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirilib.

– Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qabaqlayıcı tədbirlər sayəsində bu gün koronavirusa qarşı ən effektiv mübarizə aparan ölkələrdən söz açdıqda Azərbaycanın adı birincilər cərgəsində gəlir. 

– Effektiv nəticələrə görə Azərbaycanda koronavirusa qarşı aparılan mübarizə beynəlxalq səviyyədə təqdir olunur.

– Azərbaycanda sosial-iqtisadi sferada həyata keçirilən tədbirlər dünyanın aparıcı maliyyə-iqtisadi qurumları, o cümlədən Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən yüksək qiymətləndirilir. 

–  Azərbaycan koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün vaxtında çevik və zəruri qabaqlayıcı tədbirlər həyata keçirmiş, nəticədə kütləvi yoluxma hallarının qarşısı alınmışdır. Son üç həftə ərzində ölkəmizdə xəstəliyə yoluxanların sayı ilə sağalanların sayı arasındakı dinamikanın müsbət olması bunu təsdiq edir. 

– Azərbaycan koronavirus xəstələrinin müalicəsi sahəsində öz təcrübəsini Qoşulmama Hərəkatının digər üzv dövlətləri ilə bölüşməyə və bu sahədə əməkdaşlığa hazırdır. 

– Azərbaycanda iqtisadi sabitliyi təmin etmək, məşğulluqla bağlı problemləri həll etmək və makroiqtisadi və maliyyə sabitliyini təmin etmək üçün 3,5 milyard manatdan artıq və ya 2 milyard dollardan çox sosial-iqtisadi dəstək paketi qəbul olunmuşdur. 

– Ümumilikdə dövlət sektoru üzrə 900 mindən çox işçinin əməkhaqqı tam həcmdə saxlanılmaqla, qeyri-dövlət sektoru üzrə isə 690 min işçinin əməkhaqqının əhəmiyyətli hissəsi dövlət tərəfindən ödənilir. 600 min aztəminatlı, işsiz və qeyri-rəsmi çalışan vətəndaşa yaşayış minimumuna uyğun olaraq iki ay ərzində vəsait ödənilir. 

– Dövlətin həyata keçirdiyi tədbirlərə vətəndaşlarımız tərəfindən çox yüksək qiymət verilir.

… Azərbaycan liderinin beynəlxalq əməkdaşlığa çağırışları üzv ölkələr, həmçinin BMT, Ümumdünya Səhiyyə Təşkilatı və digər təşkilatlar tərəfindən dəstəklənib və təqdir olunub. Pandemiya ilə mübarizədə qlobal həmrəyliyin və əməkdaşlığın əhəmiyyəti vurğulanıb, səyləri bütün cəmiyyət səviyyəsində müxtəlif sahələri əhatə edən, çoxtərəfli fəaliyyətə əsaslanan uzunmüddətli hazırlığa yönəltməyin vacibliyi bildirilib. Pandemiyaya qarşı mübarizədə Qoşulmama Hərəkatının oynadığı rolun danılmaz və əhəmiyyətli olduğu qeyd edilib. Vurğulanıb ki, bu virusa qarşı dünya miqyasında aparılan mübarizə siyasi sərhədlərin, hər hansı bir ideologiyanın, məfkurənin kənara qoyulmasını, birgə işləməyi tələb edir. COVID-19 dünyanın müxtəlif guşələrinin biri-birinə nə dərəcədə bağlı olduğunu göstərdi. Qoşulmama Hərəkatının Zirvə görüşü bu qlobal çağırışa zamanında verilmiş cavabdır.

Ölkəmiz qlobal pandemiya şəraitində dövlətlər və xalqlar arasında kommunikasiya qurur, körpü yaradır. BMT-nin Baş Assambleyasından sonra ikinci ən böyük beynəlxalq təsisat olan və 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına üzvlükdən qısa müddət sonra ölkəmizin sədrlik etməsi üzv dövlətlərin Azərbaycana olan etimadının və ölkəmizin beynəlxalq nüfuzunun artmasının, eləcə də Azərbaycanın qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin parlaq nümunəsidir.

Xatırladaq ki, Azərbaycan bundan əvvəl də videokonfrans formatında zirvə görüşü keçirib. Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü təşkil olunmuşdur. Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində koronavirus pandemiyasına həsr olunmuş Zirvə görüşü baş tutmuşdu.

Bundan başqa, Azərbaycan qlobal həmrəyliyin nümunəsi kimi BMT Nizamnaməsində nəzərdə tutulan Baş Assambleyanın COVID-19 pandemiyasına həsr olunmuş dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürüb.

Beləliklə, əyani şəkildə şahid oluruq ki, Qoşulmama Hərəkatının fikir mübadiləsi, qlobal həmrəylik və əməkdaşlıq üçün səmərəli platformaya çevrilir.

Qlobal əməkdaşlığa güclü ehtiyac duyulduğu bir şəraitdə dövlətlər, eləcə də bir sıra beynəlxalq və regional təşkilatlar adekvat reaksiya göstərə, beynəlxalq həmrəyliyin gücləndirilməsi ilə bağlı zəruri addımlar ata bilməmişlər. Hazırda qlobal liderliyə ehtiyac duyulan bir şəraitdə və vaxtda Prezident İlham Əliyev təşəbbüs irəli sürərək “özünəqapanma sindromu”nun heç kəsə xeyir gətirməyəcəyini nümayiş etdirdi və dünyanın ayrı-ayrı qitələrindən müxtəlif siyasi və ideoloji quruluşlara malik ölkələri bir araya gətirməyə nail oldu. Prezident İlham Əliyev nümunəvi addım ataraq pandemiyaya yalnız qlobal əməkdaşlıq və həmrəylik sayəsində qalib gəlməyin mümkünlüyünü dünyaya nümayiş etdirdi.

Azərbaycan öz təşəbbüsləri və praktiki addımları ilə dünyada həmrəyliyin möhkəmlənməsinə, indiki mürəkkəb şəraitdə dövlətlər və xalqlar arasında təmasların yüksəlməsinə, qlobal pandemiya ilə mübarizədə bütün səylərin səfərbər olunmasına ciddi töhfələr verir.

Təsadüfi deyil ki, BMT-nin Baş katibi çıxışı video müraciəti zamanı qeyd olunan problemə yeganə cavabın cəsarətli, uzaqgörən və birgə rəhbərlik olduğunu bildirmişdir. Eyni zamanda, o, Azərbaycan Prezidentinin belə bir görüşü çağırmasına görə təşəkkürünü bildirərək BMT-nin Prezidentimizin səylərini dəstəklədiyini xüsusilə vurğuladı.

Şərh əlavə et